Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mənim sadə qiymətləndirməm belədir ki, deyəsən, Rusiyanın sonu yaxınlaşır.
Vladimir Putin sanki SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun yolu ilə gedir.
Qorbaçovun siyasəti ümumilikdə SSRİ-ni dağıtdı, nəticədə bu şəxs Nobel mükafatı aldı və ömürünü başa vurdu.
Deyəsən, Vladimir Putin də Rusiyanı dağıdıb Nobel mükafatı alacaq və daha sonra Almaniyaya köçəcək.
Çünki baş verənləri başqa cür qiymətləndirmək mümkünsüzdür”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, depuatat Asim Mollazadə son zamanlar Rusiyanın media və ekspert camiəsindən keçmiş sovet respublikaları ilə bağlı verilən açıqlamaları şərh edərkən deyib.
Bu yaxınlarda Rusiyada “Avrasiyaçılıq” siyasətinin memarı və qızğın təbliğatçısı Aleksandr Duqin bəyan edib ki, Moskva keçmiş sovet respublikalarının müstəqilliyi və suverenliyi ilə barışmamalıdır.