“Monako” 19 milyon avroya “yox” deyib

21.09.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın “Spartak” klubu yarımmüdafiəçi Aleksandr Qolovin üçün “Monako”ya təklif göndərib.

Futbolpress.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Moskva təmsilçisi yayda rusiyalı futbolçu üçün 19 milyon avro təklif edib.

“Monako” məbləğin az olduğu qənaətinə gəldiyi üçün Qolovini buraxmayıb. Klub 30 milyon avro tələb etsə də, tərəflər razılığa gəlməyib.

Qolovin 2018-ci ildən “Monako”da çıxış edir. O, 273 matçda 40 qol vurub, 48 məhsuldar ötürmə müəllifi olub. Onun “transfermarkt”da dəyəri 18 milyon avrodur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью