futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Barselona”nın futbolçusu Ansu Fati karyerasını Fransada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Monako” 22 yaşlı cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Barselona” Fatini satmağa razıdır.
“Monako” isə oyunçunu satınalma hüququ ilə birlikdə icarəyə götürmək istəyir. Tərəflər arasında danışıqlar davam edir.
Fati bu mövsüm 11 oyunda meydana çıxıb.