Icma.az bildirir, Apasport portalına istinadən.
İngiltərə Çempionşip təmsilçisi “Lester Siti”nin müdafiəçisi Vaut Faes karyerasını Fransada davam etdirəcək.
Apasport.az xəbər verir ki, “Monako” belçikalı futbolçunu icarəyə götürüb.
Bu barədə Liqa 1 klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı mərkəz müdafiəçisi cari mövsümün sonunadək “Monako”nun formasını geyinəcək.
Qeyd edək ki, “Lester Siti” Vaut Faesi 2022-ci ilin yayında “Reyms” klubundan transfer edib. Belçika millisinin üzvü bu mövsüm “tülkülər”in heyətində iştirak etdiyi 16 rəsmi oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Türkiyə Kuboku: “Fənərbaxça”dan minimalhesablı qələbə “Qalatasaray”ın sabiq futbolçusu SAXLANILIB TFF “Fənərbaxça” və “Qalatasaray” futbolçularını cərimələyib “Atletiko”nun futbolçusu Premyer Liqaya qayıdıb - RƏSMİ Premyer Liqadan A Seriyasına