Monako dan son dəqiqə həmləsi: Simon Adinqra Fransa yolunda

02.02.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa Liqa 1 təmsilçisi "Monako" qış transfer pəncərəsinin son saatlarında hücum xəttini gücləndirmək üçün İngiltərəyə üz tutub.

Fanat.Az xəbər verir ki, knyazlıq klubu "Sanderlend"in Kot-d'İvuar əsilli vingeri Simon Adinqranı icarəyə götürmək üçün rəsmi danışıqlara başlayıb.

"L'Equipe" nəşrinin yaydığı məlumata görə, 24 yaşlı futbolçu yayda daimi transfer edilməsi şərti ilə mövsümün sonuna qədər icarəyə veriləcək. "Sanderlend"in bu 6 aylıq icarə müqaviləsindən ən azı 1 milyon funt-sterlinq qazanacağı gözlənilir.

Adinqra bu mövsüm Premyer Liqada meydana çıxdığı 14 matçda cəmi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Cəmi 9 oyuna start heyətində başlayan futbolçu üçün Fransa klubunun təklifi karyerasında yeni bir səhifə hesab olunur.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью