Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Monako"nun futbolçusu "Nyukasl"a keçdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
“Nyukasl” heyətini yeni futbolçu ilə gücləndirib.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Monako”nun yarımmüdafiəçisi Alaji Bamba ilə 5 illik müqavilə imzalanıb.
İngiltərə mətbuatı "Nyukasl”ın bu keçid üçün 35,5 milyon avro ödəyəcəyini yazıb. Müqaviləyə əsasən, bonuslar şəklində daha 6 milyon avro ödənilə bilər.
20 yaşlı yarımmüdafiəçi “Monako”nun əsas komandasında bütün turnirlər daxil olmaqla 25 oyunda meydana çıxıb.