Monako nun təklifinə razıdır

24.05.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Monako" "Barselona"nın futbolçusu Ansu Fatini hədəfləyib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Fransa klubu 22 yaşlı hücumçunu icarə əsasında transfer etmək istəyir. Hazırda tərəflər təzminat məbləğini və gələcəkdə birdəfəlik almaq imkanını müzakirə edirlər. 

Bildirilir ki, oyunçunun özü bu keçidə razıdır. 

Qeyd edək ki, Ansu Fati bu mövsüm "Barselona"nın heyətində 11 oyuna çıxıb və heç bir məhsuldarlıqla yadda qalmayıb. Onun klub ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью