Monako onu hədəflədi, Mançester Yunayted axtarışa başladı

20.06.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Monako” “Mançester Yunayted”in futbolçusu Andre Onananın transferi ilə maraqlanır. 

QOL.az xəbər verir ki, bu barədə məşhur jurnalist Canluka Di Martsio məlumat yayıb.

Fransa klubu artıq kamerunlu qapıçının transferi üçün mançesterlilərlə ilkin təmas qurub. 29 yaşlı oyunçunun mümkün gedişi fonunda “Mançester Yunayted” yeni qapıçı axtarışındadır.

Klubun diqqətində olan əsas namizəd “Atalanta”nın 24 yaşlı qapıçısı Marko Karnezekkidir. İngiltərə təmsilçisi artıq italiyalı futbolçunun agenti ilə danışıqlar aparıb, lakin hələ “Atalanta” ilə rəsmi təmas qurmayıb. 

Qeyd olunur ki, Berqamo klubu Karnezekkini satmaq istəmir və yalnız yüksək təklif olduqda transferə açıqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью