“Monako” Poqba ilə yollarını ayırıb

19.08.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Fransanın “Monako” komandası Pol Poqba ilə yollarını ayırıb.

Bakıvaxtı.az Fransa klubunun rəsmi saytında istinadən xəbər verir ki, tərəflər 2027-ci ilin iyun ayına qədər qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

Klub 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionatının qalibi olmuş futbolçuya göstərdiyi etimada və “Monako”da olduğu müddətdə nümayiş etdirdiyi yüksək peşəkarlığa görə təşəkkürünü bildirib.

Qeyd edək ki, 2025-ci ilin yayından “Monako”da çıxış edən Pol Poqba ötən mövsüm cəmi 6 oyun keçirib. Yarımmüdafiəçi bu müddətdə qol vurmayıb və heç bir məhsuldar ötürmə ilə yadda qalmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью