“Monako” Romelu Lukaku ilə maraqlanır

07.08.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

"Monako" "Napoli" və Belçika millisinin hücumçusu Romelu Lukaku ilə maraqlanır.

İdman.Biz bu barədə "La Gazzetta dello Sport" qəzetinə istinadən məlumat verir.

Hücumçu Folarin Baloqun "Monako"dan ayrılmağa yaxındır və bu da klubun belçikalı futbolçuya maraq göstərməsinə səbəb olub. Potensial müqavilənin dəyəri 10 milyon avrodur. "Atlanta Yunayted" və "Trabzonspor" da vəziyyəti izləyir.

Lukakunun "Napoli" ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayında bitir. Ötən mövsüm oyunçu zədə səbəbindən mövsümün böyük hissəsini buraxaraq klubun heyətində bütün yarışlarda cəmi yeddi oyunda iştirak edib və bir qol vurub. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 6 milyon avrodur.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью