Monakodakı partlayışda Ukrayna izi

01.07.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Nəşr xatırladır ki, Vadim Yermolayev Ukrayna vətəndaşlığından imtina edib və Kiyev tərəfindən fərdi sanksiyalara məruz qalıb.

"Əldə etdiyimiz məlumata görə, bu hücum qəsdən adamöldürmə cəhdindən daha çox "xəbərdarlıq" xarakteri daşıyır", - deyə "Le Figaro" iddia edib.

Bununla yanaşı, "Nice-Matin" nəşri də öz mənbələrinə istinadən yazır ki, Monakoda baş vermiş partlayış zamanı yaralanan ukraynalı iş adamı təcili tibbi yardım helikopteri ilə Fransanın Tulon şəhərindəki xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, iyunun 29-u axşam saatlarında Monakoda güclü partlayış baş verib. Hadisə nəticəsində üç nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib, daha dörd nəfər isə yüngül xəsarət alıb.(oxu.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью