“Monako”nun hücumçusu üzr istədi

13.09.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Monako”nun hücumçusu Paris Brunner Fransa Liqa 1-in IV turunda “Strasburq”la keçirilən qarşılaşmadakı (1:1) qol sevinci ilə bağlı azarkeşlərdən üzr istəyib.

Futbolpress.az xəbər verir ki, 20 yaşlı almaniyalı forvard 72-ci dəqiqədə hesabı bərabərləşdirdikdən sonra meydan sahiblərinin tribunasına tərəf baş barmağını boğazına çəkərək jest nümayiş etdirib. Futbolçunun bu hərəkəti sosial şəbəkələrdə böyük narazılığa və tənqidlərə səbəb olub.

Gənc hücumçu daha sonra sosial şəbəkə hesabında açıqlama paylaşaraq bildirib:

“Strasburqdakı nəticədən məyus olsam da, komandamızın göstərdiyi reaksiyadan qürur duyuram. Vurduğum qoldan sonrakı jestimə gəlincə, heç kimə hörmətsizlik etmək istəməmişəm. Əgər kiminsə xətrinə dəymişəmsə, üzr istəyirəm. Hisslərimin təsiri altında hərəkət etdim, düzgün deyildi. Dəstəyiniz üçün təşəkkür edirəm”.

2024-cü ilin yayından “Monako”da çıxış edən Brunner 2026/2027 mövsümündə keçirdiyi 6 rəsmi qarşılaşmada 5 qol vurmağı bacarıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью