Monakonun sahibi Braziliyanın məşhur klubunu da alır

17.12.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Rusiyalı iş adamı Dmitri Rıbolovlev daha bir klubun sahibi ola bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı “Globo” yayıb. 

Mənbənin məlumatına görə, Rıbolovlev "Vasko da Qama" klubunun səhmlərini əldə etməyə can atır. O, Braziliyanın məşhur klubunu almağa iddialı üç namizəddən biridir. Digər ikisi Evangelos Marinakis ("Olimpiakos" və "Nottingem Forest"in sahibidir) və Andrea Radrizzanidir ("Lids" və "Sampdoria"nın sahibidir).

Rıbolovlev indiyə qədər iki klub əldə edib. O, “Monako” (Fransa) və “Serkl Brugge” (Belçika) klublarının sahibidir. Rıbolovlev "Monako"nun səhmlərinin böyük hissəsinə 2011-ci ildə yiyələnib.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью