“Monako“nun ulduzu PSJ yə keçdi

06.08.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Monako"nun hücumçusu Maqnes Akliuş karyerasını PSJ-də davam etdirəcək.

Moderator.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı fransalı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Akliuş yeni komandasında 11 nömrəli forma ilə çıxış edəcək.

KİV-in məlumatına görə, transferin dəyəri 50 milyon avro təşkil edib.

Akliuş 2025/26 mövsümündə "Monako"nun heyətində keçirdiyi 43 oyunda 7 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

Fransa millisinin üzvü olan futbolçu indiyədək yığmanın heyətində 10 oyuna çıxıb və bir qol vurub. O, həmçinin ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində çıxış edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью