Monenin indiyədək bilinməyən tabloları Parisdə hərraca çıxarılır

19.09.2026

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Klod Monenin indiyə qədər heç nümayiş etdirilməmiş və ictimaiyyət tərəfindən görülməmiş "İris" və "Saule pleureur" adlı monumental tabloları Parisdə hərraca çıxarılır.

Kulis.az xəbər verir ki, Şlumberger ailəsinin şəxsi kolleksiyasına daxil olan 28 əsərin yer alacağı bu mühüm hərrac oktyabrın 22-də "Sotheby's France" tərəfindən həyata keçiriləcək.

Fransada bir rəsm əsərinə bu günə qədər verilən ən yüksək qiymət olan 22-30 milyon avro arasında satışa çıxarılması gözlənilən "Iris" tablosunun da daxil olduğu kolleksiyanın ümumi gəlirinin 40 milyon avronu keçəcəyi təxmin edilir.

Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi Pompeyin tarixi ilə bağlı sensasiya yaradan arxeoloji faktlar Elon Mask haqqında çəkilən film nümayiş olunacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью