Monetri BOKT un təsisçilərinin pay bölgüsü dəyişib

21.09.2026

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Monetri" MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərinin pay bölgüsündə dəyişiklik olub.

 BOKT-un təsis paylarının 75 %-nə nəzarət edən "Practical Solutions Middle East FZ" şirkəti payını 83 %-ə çatdırıb.

Əvəzində ayrı-ayrılıqda 12,5 % pay sahibi olan - Faiq Məmmədov və "Chaparxana KFT" şirkəti paylarını 8,5 %-ə endiriblər.

Xatırladaq ki, "Monetri" 2013-cü ildən fəaliyyət göstərən "PSG Finans" BOKT-un bazasında 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью