GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində Azərbaycanın beynəlxalq standartlara uyğunluq dərəcəsi yüksəldilib.
Globalinfo.az bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu sahədə Azərbaycanın 5-ci raund qiymətləndirilməsi üzrə birinci tərəqqi hesabatı Avropa Şurasının Cinayət Yolu ilə Əldə Edilmiş Əmlakın Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) plenar iclasında təsdiq edilib.
Hesabat 2023-cü ildə qəbul edilmiş qiymətləndirmə hesabatında müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması üzrə irəliləyişləri əks etdirir.
MONEYVAL-ın qiymətləndirməsinə əsasən Azərbaycan bu istiqamətdə əhəmiyyətli irəliləyiş nümayiş etdirib.
Azərbaycan bu sahədə ölkədaxili və beynəlxalq strategiyaların hazırlanması və təbliğini həyata keçirən hökumətlərarası Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) standartlarına uyğunluq dərəcəsinin yüksəldilməsi üçün mühüm tədbirlər həyata keçirib.
MONEYVAL-ın 2023-cü il üzrə qiymətləndirməsindən sonra Azərbaycan müxtəlif sahələr üzrə risklərin qiymətləndirilməsini tamamlayıb.