Monitorinq Qrupu Qənirə Ataşovaya edilən təhdidlərlə bağlı toplantı keçirdi

25.04.2025

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hüquq-müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri – Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Çingiz Qənizadə və Arzu Abdullayeva hazırda ailəsi ilə birlikdə ABŞ-da yaşayan jurnalist Qənirə Ataşovanın ailəsinə və özünə qarşı edilən təhdidlərə dair müraciəti əsasında toplantı keçiriblər.
Demokrat.az xəbər verir ki, görüş zamanı Qənirə Ataşova tərəfindən təqdim olunan materiallar və videogörüntülər ətraflı şəkildə müzakirə olunub.
Monitorinq Qrupunun üzvləri məsələ ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq narahatlıqlarını ifadə ediblər. Onlara verilən məlumata görə, məsələ araşdırılır və qanunauyğun tədbirlər görüləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью