Monopolistlər kartof istehsalını necə çökdürür? Açıqlama | Icma.az
Bakupost saytına istinadən Icma.az xəbər verir. “Məlum olduğu kimi, ölkədə kartof istehsalı aşağı düşüb.
Eyni zamanda kartof əkin sahələri də azalıb. Bunu statistik rəqəmlər də sübut edir.
Bu da kartof işi ilə məşğul olan fermerlərin bu sahəyə marağının azalması ilə bağlıdır.
Azərbaycanda kartofun qiyməti yüksəkdir, ancaq fermerler istehsal etdikləri kartofu yaxşı qiymətə sata bilmirlər.
Əldə edilən məhsulun bir hissəsini Qafqazda saxlayıb qış mövsümündə bazara çıxarmaq ehtimalı yoxdur.
Çünki anbarların sayı az və icarəsi çox yüksəkdir. Kartof daha çox itkiyə getdiyinə görə, heyvanlarına yedizdirmək məcburiyyətində qalırlar.
Bəzi regionlarda isə məhsuldarlıq çox aşağı səviyyədədir. Bununla bağlı lazımi işlər görülmür.
Müvafiq qurumlar vaxtı-vaxtında fermerləri suvarma sistemi ilə təmin etmir".Bunu Bakupost.az -a açıqlamasında kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib.
Tam oxu
Xəbəri oxu