“Monpelye”nin yetirməsi “Turan Tovuz”da

05.09.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi Stiv Beusnard ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Monpelye”nin yetirməsi olan fransalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

34 yaşlı futbolçu son mövsümdə Fransa Liqa 2-də “Pau” forması ilə 27 oyun keçirib. O, karyerası ərzində vətənində “Bezye” və “Ayaçço” kimi klubların formasını geyinib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью