Monqolustan Rusiya ilə sərhədi bağladı

21.11.2025

525.az saytına istinadən Icma.az xəbər verir.

Monqolustan bu gün Rusiya ilə bir sıra sərhəd-keçid məntəqələrini 1 günlük bağlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ölkədə Çingizxanın anadan olmasının 860-cı ildönümü münasibətilə keçiriləcək bayram tədbirləridir.

Zabaykalye, Altay, Tıva və Buryatiyanın bəzi sərhəd-keçid məntəqələri bağlansa da, digər məntəqələr adi rejimdə işləyəcək.

Qeyd edək ki, noyabrın 26-da da eyni proses təkrarlanacaq. Həmin gün Monqolustanın müstəqillik günüdür.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью