Monqolustan səfiri ilə şəhərsalma və WUF13 də iştirak məsələləri müzakirə edilib

27.01.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Monqolustan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar ilə görüş keçirib.

Komitədən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Monqolustanın BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak məsələləri, davamlı şəhər inkişafı ilə bağlı mövcud məsələlərə toxunulub. Həmçinin ölkələrimizin şəhərsalma siyasətləri ilə bağlı yanaşmalara dair fikir mübadiləsi aparılıb.

Komitə sədri Anar Quliyev səfirin Azərbaycandakı diplomatik missiyasının başa çatması ilə əlaqədar ikitərəfli münasibətlərin inkişafına verilən töhfəyə görə səmimi minnətdarlığını bildirib, ona gələcək peşəkar fəaliyyətində uğurlar arzulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью