Monqolustan UNESCOnun qeyrimaddi irs siyahısında Novruz nominasiyasına qoşulub Xəbər saytı Son xəbərlər və Hadisələr

05.12.2024

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Monqolustan UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında "Novruz" nominasiyasına qoşulub.

Bu barədə Azərbaycanın UNESCO-dakı Milli Komissiyası "X" səhifəsində məlumat yayıb.

Beləliklə, Azərbaycan daxil olmaqla 12 ölkəni birləşdirən bu dosyedə artıq 13 ölkə təmsil olunur.

Qeyd edək ki, Novruz bayramı UNESCO-nun Qeyri-Maddi-Mədəni İrsin Qorunması üzrə Komitəsinin Abu-Dabi şəhərində keçirilmiş 4-cü sessiyasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.

Çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью