Monqolustanın Baş naziri istefa verib

03.06.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 iyun, AZƏRTAC

Monqolustanın Baş naziri Oyun-Erdene Luvsannamsrayn parlamentdəki etimad səsverməsində deputatlardan kifayət qədər dəstək ala bilmədiyi üçün istefa verib.

AZƏRTAC “The Guardian” nəşrinə istinadla xəbər verir ki, Baş naziri deputatların yalnız 44 nəfəri dəstəkləyib. Halbuki bunun üçün minimum 64 səs tələb olunurdu.

Səsvermə Baş nazirin oğlunun həddən artıq pul xərcləməsi ilə bağlı xəbərlərin ortaya çıxmasından sonra başlayan etiraz aksiyaları fonunda baş tutub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью