Monqolustanın şimalqərbində 42 dərəcə şaxta qeydə alınıb AZƏRTAC

13.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-nə keçən gecə Monqolustanın şimal-qərbində yerləşən Zavxan vilayətində 42 dərəcəyədək anomal şaxtalar qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Meteorologiya və Ətraf Mühitin Monitorinqi İnstitutu məlumat yayıb.

Rəsmi açıqlamaya əsasən, paytaxt Ulan-Batordan keçən Tuul çayı rayonunda havanın temperaturu mənfi 34 dərəcəyə enib. Şənbə günündən etibarən ölkənin əksər hissəsində soyuqların tədricən zəifləyəcəyi gözlənilir.

Monqolustanda qış adətən uzun və sərt keçir. Havanın temperaturu mənfi 25-45 dərəcə arasında dəyişir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью