Montella: “Böyük gözləntilərin olduğunu bilirik”

13.06.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə millisi DÇ-2026-nın birinci turunda Avstraliya ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “ay ulduzlular”ın baş məşqçisi Vinçenso Montella matçdan öncə mətbuat konfransında iştirak edib. O, media nümayəndələri ilə görüşdə bunları deyib:

“Dünya çempionatında qarşılaşacağımız çətinliklərin fərqindəyik. Lakin bunun öhdəsindən gələ biləcəyimizə inanırıq. Mundialın dadını çıxartmaq istəyirik. Ölkəmizi qürurlandırmağı hədəfləyirik. Məsuliyyəti hiss edirik, milyonlarla insanın bizi dəstəklədiyini və böyük gözləntilərin olduğunu da bilirik. Futbolçularımızla danışarkən onlara öz oyunlarını oynamalarını və rahat olmalı olduqlarını söylədim. Bu günə qədər necə etmişiksə, elə də davam etməliyik. Tələsməyəcəyik, səbirli şəkildə öz oyunumuzu ortaya qoyacağıq”.

Sabah keçiriləcək Avstraliya – Türkiyə oyununa saat 08:00-da start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью