Montella gileyləndi İlk məğlubiyyətdə hər şeyi dağıtmağa çalışırlar

19.06.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella son məğlubiyyətdən sonra yaranan tənqidlərlə bağlı danışıb.

İtaliyalı mütəxəssis özünü Türkiyənin bir parçası hesab etdiyini bildirib:

"Əslində mən türkəm. Bilirsiniz ki, 5 ildir buradayam. Türkiyədə yaşanan duyğuları çox yaxşı bilirəm. Həmin oyundan sonra çox üzüldük. Təkcə məğlubiyyət yox, sonradan bir xaos yaradıldı və bundan istifadə etməyə çalışanlar oldu.

Əlavə etmək istədiyim bir məsələ də var. Üç ildir burada futbolçularla birlikdə gözəl işlər görürük, uğurlar qazanırıq. Dünyada təqdir olunduğumuz halda, öz ölkəmizdə bu qədər az dəstək görməyimiz və ilk məğlubiyyətdə hər şeyi dağıtmağa çalışan bir sistemin olması məni çox üzür.

Heç kimin şübhəsi olmasın. Qarşıdakı matçda da həmişə olduğu kimi çox çalışacaq və hədəflərimizə doğru irəliləməyə davam edəcəyik".

Qeyd edək ki, Montellanın rəhbərlik etdiyi Türkiyə millisi DÇ-2026-nın ilk turunda Avstraliyaya 0:2 məğlub olub və bu nəticədən sonra komandanın çıxışı ətrafında geniş müzakirələr başlayıb. Komanda növbəti matçını 20 iyun, Bakı vaxtilə 07:00-da Paraqvaya qarşı keçirəcək. 

Andrey Lunyov razılıq verdi: RƏSMİ AÇIQLAMA GÖZLƏNİLİR "İnter"dən 50 milyonluq təklif: FUTBOLÇU DA İSTƏYİR "Yuventus"dan gözlənilməz həmlə: "Barselona"nın yetirməsini istəyir İsmail Kartaldan emosional sözlər: “Dördüncü gəlişimdir” “Alanyaspor”da bir dövrün sonu - Efecan Karaca komandadan getdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью