Montella Gürcüstan üzərindəki qələbədən danışdı

15.10.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin futbol üzrə millisinin baş məşqçisi Vinçenzo Montella DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Gürcüstan üzərində ev qələbəsini (4:1) şərh edib.

QOL.az xəbər verir ki, italiyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.

O deyib: “Qələbə qazandığımız üçün qürurluyam. İlk hissəyə aqressiv başladıq, boş zonaları bağladıq və rəqibə imkan vermədik. Hesab fərqi artdıqca oyunçular bir az rahatladı. İkinci hissəni birinci ilə müqayisədə az bəyəndim. Amma ümumilikdə güclü rəqibə qalib gəlmək bizi çox sevindirir. İndi dincələcəyik və yolumuza inamla davam edəcəyik”.

Montella İspaniya ilə qarşıdakı oyun barədə də danışıb:

“Bütün oyunlarda qələbə qazanmaq məcburiyyətindəyik. İspaniya ilə matçda sürpriz etməyi kim istəməz ki? Amma hər şey İspaniyanın əlindədir, onların top fərqi yaxşıdır. Biz ən yaxşısını edib 12 xalla turniri bitirsək, vəziyyətə baxacağıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью