Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella istefa verəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Metbuat.az xəbər verir ki, ABŞ millisi ilə keçiriləcək Dünya Çempionatının qrup oyunu öncəsi "TRT Spor"a danışan italiyalı mütəxəssis vəzifəsindən ayrılmaq fikrində olmadığını açıqlayıb. Montella bildirib ki, komandanın son uğursuz nəticələrinə baxmayaraq, özünə və futbolçularına inamını qoruyur. O, Türkiyə millisini həm Avropa çempionatına, həm də Dünya Çempionatına çıxardığını xatırladaraq bu uğurun təsadüfi olmadığını vurğulayıb. Bununla yanaşı, italiyalı mütəxəssis son vaxtlar futbolçuların haqsız və ağır tənqidlərə məruz qaldığını irəli sürüb.
“Əgər istefa verib-verməyəcəyimi soruşursunuzsa, cavabım xeyrdir”, - deyə Montella qeyd edib.