Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Montella istefaya göndərildi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçenso Montella ilə yolları ayırıb.
QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qərar İdarə Heyətinin iclasında qəbul edilib. Qərara əsasən, italiyalı mütəxəssis yığmadakı vəzifəsini tərk edəcək.
Qeyd edək ki, Montella 2023-cü ildən Türkiyə millisinin baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda Millətlər Liqasında B Liqasının qalibi olaraq A Liqasına yüksəlmişdi. Türkiyə millisi DÇ-2026-da qrup mərhələsini adlaya bilməyib, Millətlər Liqasında bu mövsüm keçirdiyi 4 oyunun hamısında isə uduzub.