Icma.az bildirir, Apasport portalına istinadən.
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella ABŞ yığmasına qarşı keçiriləcək oyundan sonra vəzifəsindən ayrıla bilər.
Apasport.az xəbər verir ki, bu barədə İtaliyanın "Mediaset" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, ABŞ ilə matçdan sonra Montella ya istefa verəcək, ya da Türkiyə Futbol Federasiyası onunla yolları ayıracaq.
Türkiyə millisi DÇ-2026-da Avstraliyaya 0:2, Paraqvaya isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, Vinçenzo Montella 2023-cü ildən Türkiyə millisinin baş məşqçisidir.
Hakan: “Bəlkə də, mənim üçün son Dünya çempionatı idi” Fəlakət ssenarisi gerçəkləşdi – Türkiyə DÇ-dan kənarda qaldı Yeni qayda ilk dəfə tətbiq olundu - Almiron VAR-dan sonra qovuldu Şenol Güneşdən motivasiya sözləri - “Sadəcə 90 dəqiqə var” Montelladan iddialı mesaj - "Nəhayət oyun günü gəldi"