Montella: “Tarixi nəticə əldə etdik”

08.06.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella Avro-2024-də 1/4 finala yüksəlmələrini şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Avstriyanı məğlub etdikləri (2:1) oyundan sonra bunları deyib:

“Çox önəmli oyun idi. Komanda ruhunu əvvəldən sona qədər göstərdik. Bunu ilk dəfə Xorvatiya səfərində görmüşdük. Futbolçular adına da çox sevincliyəm.

Yorulduq, amma əziyyətimizə dəydi. Tarixi nəticə əldə etdik. Hamımız xoşbəxtik”.

Türkiyə 1/4 finalda Niderlandla qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью