futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella Millətlər Liqasında Belçikaya məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Statistikaya baxsaq, bərabər səviyyədə oyun oldu. Lakin onlar fürsətləri dəyərləndirdi, biz yox.
Tənqidlərə qulaq asmaq istəmirəm. Bu komanda ilə 24 il sonra dünya çempionatına vəsiqə qazandıq. İndi isə Millətlər Liqasında A Liqasındayıq. Bu, elə-belə nəticə deyil. Futbolçuları günahlandırmağın mənası yoxdur. Çalışmalı, inkişaf etməliyik”.
Türkiyə yığması qrupda keçirdiyi üç oyunda da uduzub və qol vura bilməyib.