Montella Türkiyə millisindən gedir?

14.11.2024

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Vinçenzo Montellanın “Roma”ya keçəcəyi ilə bağlı iddialara münasibət bildirib.

Sfera.az xəbər verir ki, bu barədə TFF-nin vitse-prezidenti Ceyhun Kazancı açıqlama verib:

“Belə bir klubun öz əfsanəsinə təklif etməsi təbiidir. Bizə gələn heç bir rəsmi təklif yoxdur. Rəsmi bir vəziyyət olarsa, qiymətləndiriləcək. Biz məşqçimizdən və məşqçimiz də bizdən razıdır. Məncə, məşqçimizin o istiqamətə meyli olmayacaq. “Roma” söhbətimizin mövzusu deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью