Monteneqro 2026 cı ildə il Aİ Qərbi Balkan sammitinə ev sahibliyi edəcək

25.05.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Podqoritsa, 25 may, AZƏRTAC

Növbəti Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammiti 2026-cı ildə Monteneqroda keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta sosial media hesabındakı paylaşımda bildirib.

“İki həftə əvvəl Qərbi Balkan regionuna səfərimin bir hissəsi olaraq Monteneqroda məhsuldar görüşlərim oldu. Mən ölkənin Aİ-yə üzv olması istiqamətində irəliləyişinə heyran qaldım. Ölkə üçün simvolik bir ildə, müstəqilliyinin 20-ci ildönümündə - 2026-cı ilin payızında Monteneqroda növbəti Aİ-Qərbi Balkan sammitinə ev sahibliyi etməyə razılıq verdiyinə görə Monteneqro Prezidenti Yakov Milatoviçə təşəkkür edirəm”, - deyə Antonio Koşta qeyd edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью