Monteneqro Aİ yə can atır: Prezident ittifaqa qoşulma tarixini açıqladı

11.04.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Monteneqro 2029-cu ilə qədər Avropa İttifaqının (Aİ) 29-cu üzv dövləti olmağı planlaşdırır.

Oxu.Az "RIA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Yakov Milatoviç Antalya Diplomatik Forumunda (ADF) bəyan edib.

Milatoviç bu hədəfi iddialı, lakin realist adlandırıb:

"Çünki Podqoritsa əmindir ki, xüsusilə Ukrayna münaqişəsindən sonra Aİ-nin genişlənməsinin Avropa qitəsinin təhlükəsizliyi ilə birbaşa əlaqəli olduğunu Avropa artıq çox aydın şəkildə dərk edib".

O əlavə edib ki, Monteneqronun ittifaqa mümkün qoşulması tarixçəsi bütün digər namizəd ölkələr üçün rol modeli ola bilər.

Qeyd edək ki, Qərbi Balkanın beş ölkəsi - Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro və Serbiya Aİ-yə qoşulmaq üçün rəsmi namizəd statusuna malikdir.

Monteneqro Aİ-yə qoşulmaq üçün rəsmi ərizəsini 15 dekabr 2008-ci ildə təqdim edib. 2010-cu ildə o, "namizəd ölkə status" alıb. Beş il sonra ölkə həmçinin NATO-nun üzvü olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью