Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya kansleri Fridrix Merts Monteneqronun 2028-ci ildə Avropa İttifaqının 28-ci üzvü ola biləcəyini açıqlayıb.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, o, bu açıqlamanı Monteneqronun Miloçer şəhərində keçirilən Berlin Prosesi sammitində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Avropa və regional liderlər Qərbi Balkanların üzvlük prosesini yenidən konstruktiv məcraya qaytara biliblər:
"Aİ-yə tədricən inteqrasiya namizəd ölkələrdə aparılan islahatların faktiki nəticələrindən asılı olmalıdır. Qərbi Balkan ölkələrinin bir-biri ilə daha sıx əməkdaşlığı fonunda iqtisadi inteqrasiya regionun investorlar üçün cəlbediciliyini artıracaq və Aİ-nin vahid bazarına daxil olmağa imkan yaradacaq".
Gülşən Şərif