Monteneqro ilə Yaponiya viza rejimini ləğv edir

29.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Podqoritsa, 29 may, AZƏRTAC

Monteneqro və Yaponiya arasında viza rejimi bu ilin payızından etibarən ləğv olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Monteneqronun Baş naziri Miloyko Spayiçin Tokioda yaponiyalı həmkarı Şiqeru İşiba ilə görüşündə razılıq əldə edilib.

Görüşdə Monteneqronun Yaponiyada səfirliyinin açılması ilə bağlı müzakirələr aparılıb, ilin sonuna kimi bu istiqamətdə konkret addımların atılması və fəaliyyətin intensivləşdirilməsi razılaşdırılıb.

Miloyko Spayiç səfəri Monteneqro-Yaponiya dostluğunun gələcək kursunu təyin edəcək ikitərəfli münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirib.

Görüşdə, həmçinin iki ölkə arasında münasibətlər, iqtisadi əməkdaşlığın gücləndirilməsi, o cümlədən enerji, yaşıl enerji, infrastruktur, turizm, ekologiya və yüksək texnologiyalar sahələrində potensial müzakirə olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью