Monteneqro millisinin sabiq basketbolçusu “Neftçi”yə keçib

21.09.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 21 sentyabr, AZƏRTAC

"Neftçi" basketbol komandası heyətini yeni legionerlə gücləndirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Bakı təmsilçisi monteneqrolu hücumçu Miliç Starovlah ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Karyerası ərzində müxtəlif ölkələrin klublarında çıxış etmiş 28 yaşlı təcrübəli basketbolçu Adriatik Liqasının (ABA League) "Buduçnost" və "Mornar" kimi tanınmış komandalarının da formasını geyinib.

Monteneqro millisinin sabiq üzvünün son klubu Macarıstanın "Alba Fehervar" komandası olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью