Monteneqro millisinin sabiq futbolçusu vəfat etdi

19.03.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Monteneqro millisinin sabiq futbolçusu Andriya Delibaşiç vəfat edib. 

QOL.az xəbər verir ki, onun apreldə 44 yaşı olacaqdı. 2023-cü ilin mart ayında sabiq hücumçuda beyin şişi aşkar olunub. O, əməliyyat olunmuşdu və hətta "Buduçnost" klubunun idman direktoru vəzifəsində çalışmağa başlamışdı. Lakin geri döndü. 

Qeyd edək ki, Andriya Delibaşiç "Partizan"la Serbiya çempionu, "Benfika" ilə isə Portuqaliya çempionu olub. O, karyerası ərzində həmçinin "Rayo Valyekano", "Erkules", "Real Sosyedad", "Malyorka" kimi klublarda da oynayıb. Millisinin heyətində 21 matça çıxaraq 6 qol vurub. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью