Monteneqro Prezidenti COP29da iştirak etmək üçün Azərbaycandadır

11.11.2024

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Moderator.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Yakov Milatoviçi Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью