Monteneqroda 5 ci medal

05.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Monteneqronun paytaxtı Podqoritsada təşkil olunan cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan milli komandası növbəti uğurunu bayram edib.

Futbolpress.az xəbər verir ki, ağır çəki dərəcəsində (+100 kq) ölkəmizi təmsil edən Ramazan Əhmədov fəxri kürsüyə qalxmağı bacarıb. Cüdoçumuz bürünc medal uğrunda təyin olunan qarşılaşmada meydan sahibi Monteneqro idmançısı Stefan Koviniçi məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yiyələnib.

Bu nəticə ilə Azərbaycan cüdoçuları qitə birincilliyində ümumilikdə 5-ci medalını qazanıblar. Daha əvvəl yığmamızın heyətində Ayxan Mirzəzadə (60 kq), Məhəmməd Musayev (66 kq) və Süleyman Şükürov (90 kq) qızıl, Davud Namazlı (100 kq) isə bürünc medal mükafatına sahib çıxıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью