Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Podqoritsa, 5 may, AZƏRTAC
Monteneqronun paytaxtı Podqoritsada, eləcə də Nikşiç şəhərində bir neçə məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
AZƏRTAC xəbər verir ki, təhlükəsizlik qüvvələri Podqoritsada bir neçə məktəbə bomba qoyulması barədə məlumat daxil olduğunu, təhsil müəssisələrinin dərhal boşaldıldığını, axtarışlar aparıldığını açıqlayıb.
Polisin məlumatına görə, Nikşiçdə isə üç məktəbə bomba qoyulması barədə məlumat daxil olub, yoxlamalar aparılıb və heç nə aşkar edilməyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa