Monteneqroda silahlı insident: 3 nəfəri öldürdü, sonra intihar etdi

01.09.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Monteneqroda silahlı insident baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə polis rəisi Lazar Scepanoviç mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, Danilovqradda Rusiya vətəndaşı Mixail Nikolayeviç gecə ərzində üç monteneqrolunu öldürüb. Scepanoviç qeyd edib ki, qatil hadisə yerindən qaçıb, daha sonra taksi ilə Herceg Novi şəhərinə gedib.

Yer müəyyən edildikdən sonra xüsusi təyinatlılar meşəlik əraziyə basqın ediblər və silahlı şəxs əvvəlcə təhlükəsizlik qüvvələrinə atəş açıb, daha sonra isə özünü güllələyərək intihar edib.

İnsidentlə bağlı araşdırma başlayıb.

Monteneqro Prezidenti Yakov Milatoviç hadisə ilə bağlı dərin kədərini bildirib və həyatını itirənlərin ailələrinə başsağlığı verib.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью