Monteneqronun axtarışa verdiyi şəxs Milanda həbs olunub

01.10.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Podqoritsa, 1 oktyabr, AZƏRTAC

Monteneqro tərəfindən beynəlxalq axtarışa verilən Stevan Simiyanoviç İtaliyanın Milan şəhərində həbs edilib.

AZƏRTAC xəbər verir ki, İtaliya polisi həbs edilmiş Simiyanoviçin məhkəmə orqanları tərəfindən ölkəsinə ekstradisiyası barədə qərar verildiyini açıqlayıb.

NCB İnterpol Podqoritsa bu ilin iyul ayında Çetinye şəhərindən olan Stevan Simiyanoviç haqqında beynəlxalq həbs qərarı verib. Onun sənəd saxtakarlığı cinayəti törətdiyinə dair əsaslı şübhələr var.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью