Monteneqronun baş məşqçisi: “Əgər 90 dəqiqə bu ritmdə oynasaydıq...”

09.04.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Futbolçularımız bütün bacarıqlarını meydanda qoydular. Onlar cəsarətlə mübarizə aparır, təslim olmurdular”.

İdman.biz xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Monteneqro millisinin baş məşqçisi Mirko Mariç deyib.

O, Millətlər Liqasının Azərbaycanla oyunu barədə fikirlərini açıqlayıb: “Çox təəssüflənirəm ki, bütün matçı buraxılan qoldan sonra oynadığımız kimi keçirmədik. Əgər 90 dəqiqə bu ritmdə oynasaqdıq, qalib gələcəyimizə əminəm. Qol imkanlarına əsasən biz qələbəyə layiq idik. Amma əgər 90+1-ci dəqiqədə hesabı bərabərləşdirirsənsə, narazı qala bilməzsən. Biz hələ də 1-ci yer uğrunda mübarizə aparırıq. Bunun üçün lazım olan hər şeyi Litva ilə matçda etməyə çalışacağıq”.

Qeyd edək ki, Monteneqro – Azərbaycan oyunu 1:1 hesabı ilə başa çatıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью