Monteneqronun baş məşqçisi: İki dəfə bizi məğlub edən Azərbaycanla...

09.11.2024

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Monteneqronun qadın futbolu üzrə milli komandasının baş məşqçisi Mirko Mariç Millətlər Liqasının yeni mövsümünün püşkünü dəyərləndirib, C4 qrupunda rəqibləri Azərbaycan və Litva haqda fikirlərini bildirib. Sport24.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan monteneqrolu millimiz ahqda bunları deyib:

"Əvvəlki Millətlər Liqasında hər iki dəfə bizi məğlub edən (0:1, 0:3) Azərbaycanla yenidən eyni qrupa düşdük. Onlar həqiqətən yaxşı komandadır. Hazırda Litva bizim üçün naməlum rəqibdir. Amma şübhəsiz ki, bu, hər komandanın qalib gələ biləcəyi bərabər qrupdur. Dörd komandadan ibarət qrupda olsaydıq, daha yaxşı olardı. Ancaq məqsədimiz həmişə eynidir: hər matçda əlimizdən gələnin ən yaxşısını etmək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью