Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Monteneqronun Baş naziri Miloiko Spajigin Azərbaycanın Baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, məktubda deyilir: “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nətiçəsində çoxsaylı insanın faciəvi şəkildə həlak olduğu xəbəri bizi sarsıtdı.
Monteneqro hökuməti və şəxsən öz adımdan sizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Fikir və rəğbətimiz dost Azərbaycan xalqı və bu faciədən zərər çəkmiş bütün insanlarladır".
Bizim WhatsApp kanalımıza abunə olun Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.