Monteneqronun Budva şəhəri ətrafında meşə yanğını başlayıb

02.10.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Podqoritsa, 2 oktyabr, AZƏRTAC

Monteneqronun Budva şəhəri ətrafında dağlıq ərazidə meşə yanğını baş verib.

AZƏRTAC xəbər verir ki, Podostroq kəndi ərazisində başlayan yanğının söndürülməsinə Budva Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Mülki müdafiə qüvvələri yanğının daha geniş əraziyə yayılmaması üçün mübarizə aparır.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью