Monteneqronun Prezidenti Zatialiləri cənab Yakov Milatoviçə AZƏRTAC

02.01.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Hörmətli cənab Prezident,

Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Monteneqro xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 yanvar 2025-ci il

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью